Birinci Divizionda 7-ci tura yekun vuruldu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 7-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

Maraqlıdır ki, oyunların hamısında Premyer Liqa klublarının Divizionda çıxış edən ikinci komandaları məğlubiyyətlə üzləşib. MOİK “Qəbələ”nin, “Turan Tovuz” “Sumqayıt”ın, “Qaradağ Lökbatan” isə “Zirə”nin əvəzediciləri üzərində inamlı qələbəyə sevinib.

İlk oyun günündə keçirilmiş üç qarşılaşmada isə qalib müəyyənləşməmişdi.

Birinci Divizion
7-ci tur
2 noyabr

Keşlə-2 – Kəpəz 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Asiman Əzizli, Səbuhi Bayramov.
Bakı. “ASK Arena”, 14:00.

Səbail-2 – Qarabağ-2 1:1
Qol: Elvin Sərkarov, 71 – Nurlan Şabanov, 30.
Qırmızı vərəqə: Zeynəddin Abdurahmanov, 87. (“Səbail-2”)
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Tərlan Talıbzadə, Emin Əliyev.
Bakı. “ASCO Arena”, 14:00.

Zaqatala – Sabah-2 1:1
Qol: Rəhman Şabanov, 45+3 – Samir Məhərrəmli, 35.
Hakimlər: Rövşən Rəcəbov, Teymur Teymurov, Vüqar Bayramov, Namiq Bəkirov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

3 noyabr

MOİK – Qəbələ-2 3:0
Qol: Rafael Qavami, 2. Samir Alıyev, 44. İlham Allahverdiyev, 52.
Hakimlər: Emin Əliyev, Elman Kərimov, Şirmamed Mamedov, Əli Əliyev.
Binə qəsəbə stadionu, 14:30.

Turan Tovuz – Sumqayıt-2 2:0
Qol: Elçin Qasımov, 49. Rövşən Şahmuradov, 67.
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Zöhrab Abbasov, Səbuhi Bayramov.
Tovuz şəhər stadionu, 14:30.

Zirə-2 – Qaradağ Lökbatan 0:3
Qol: Ceyhun Muxtarlı, 28. Sərxan Abdullayev, 56. Sabir Allahquliyev, 72.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamranbəy Rəhimov.
Bakı. “ASK Arena”, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: