Birinci Divizionda 7-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 7-ci turun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 2-3 noyabrda keçiriləcək.

İlk oyun günündə “Kəpəz” “Keşlə”nin, “Zaqatala” isə “Sabah”ın əvəzediciləri ilə üz-üzə gələcək. Daha bir qarşılaşma “Səbail” və “Qarabağ”ın əvəzediciləri arasında baş tutacaq.

Sonuncu gündə isə MOİK – “Qəbələ”nin, “Turan Tovuz” “Sumqayıt”ın, “Qaradağ Lökbatan” da “Zirə”nin ikinci komandası ilə qarşılaşacaq.

Birinci Divizion
7-ci tur
2 noyabr

“Keşlə-2” – “Kəpəz”
Bakı. “ASK Arena”, 14:00.

“Səbail-2” – “Qarabağ-2”
Bakı. “ASCO Arena”, 14:00.

“Zaqatala” – “Sabah-2”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

3 noyabr

MOİK – “Qəbələ-2”
Binə qəsəbə stadionu, 14:30.

“Turan Tovuz” – “Sumqayıt-2”
Tovuz şəhər stadionu, 14:30.

“Zirə-2” – “Qaradağ Lökbatan”
Bakı. “ASK Arena”, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: