Futbol üzrə Azərbaycan Birinci Divizionunda 7-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Kəpəz” səfərdə “Keşlə”nin əvəzediciləri ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.
“Qarabağ”ın əvəzediciləri “Səbail”in ikinci komandası ilə üz-üzə gəlib. “Zaqatala” isə “Sabah”ın əvəzediciləri ilə qarşılaşıb. Bu oyunlarda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
7-ci tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.
Birinci Divizion
7-ci tur
2 noyabr
Keşlə-2 – Kəpəz 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Asiman Əzizli, Səbuhi Bayramov.
Bakı. “ASK Arena”, 14:00.
Səbail-2 – Qarabağ-2 1:1
Qol: Elvin Sərkarov, 71 – Nurlan Şabanov, 30.
Qırmızı vərəqə: Zeynəddin Abdurahmanov, 87. (“Səbail-2”)
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Tərlan Talıbzadə, Emin Əliyev.
Bakı. “ASCO Arena”, 14:00.
Zaqatala – Sabah-2 1:1
Qol: Rəhman Şabanov, 45+3 – Samir Məhərrəmli, 35.
Hakimlər: Rövşən Rəcəbov, Teymur Teymurov, Vüqar Bayramov, Namiq Bəkirov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
3 noyabr
MOİK – Qəbələ-2
Hakimlər: Emin Əliyev, Elman Kərimov, Şirmamed Mamedov, Əli Əliyev.
Binə qəsəbə stadionu, 14:30.
Turan Tovuz – Sumqayıt-2
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Zöhrab Abbasov, Səbuhi Bayramov.
Tovuz şəhər stadionu, 14:30.
Zirə-2 – Qaradağ Lökbatan
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamranbəy Rəhimov.
Bakı. “ASK Arena”, 15:00.


