Birinci Divizionda ilin son turuna start verildi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Son çempion “Neftçi-2” “Zaqatala”ya qalib gəlib. “Turan Tovuz” isə səfərdə “Zirə″nin əvəzedicilərindən üstün olub. MOİK də doğma meydanda “Keşlə″nin ikinci komandasını məğlub edib.

Tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.

Birinci Divizion
13-cü tur
22 dekabr

MOİK – Keşlə-2 2:0
Qol: Elvin Nəsibov, 19. Samir Məmmədzadə, 40.
Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Şirmamed Mamedov, Rauf Allahverdiyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

Zaqatala – Neftçi-2 0:1
Qol: Vüsal Əsgərov, 41.
Qırmızı vərəqə: Roini İsmayılov, 41. Aleksandr Şemonayev, 58. (hər ikisi “Zaqatala”) – İnqilab Ələkbərov, 69 (“Neftçi-2”).
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Teymur Teymurov, Emin Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Zirə-2 – Turan Tovuz 0:2
Qol: Emin Bayramov, 38. Fərmalıy Əliyev, 85.
Hakimlər: Əli Əliyev, Tərlan Talıbzadə, Asiman Əzizli, Cavid Cəlilov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“ASK Arena”, 15:00.

23 dekabr

Sabah-2 – Kəpəz
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elmin Süleymanov, Fərid Hacıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bank Respublika Arena” (ehtiyat meydança), 14:00.

Qaradağ Lökbatan – Qarabağ-2
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elman Kərimov, Elvin Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Qəbələ-2 – Sumqayıt-2
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Ruslan Quliyev, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: