Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 2021/22 mövsümünün son turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, 26-cı turun bütün oyunları eyni gündə keçirilib. Qarşılaşmaların hamısına eyni saatda start verilib.
Çempionluğu daha öncə təmin emtiş “Qaradağ Lökbatan” mövsümün son matçında “Qarabağ-2” ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb. “Kəpəz”lə “Sabah”ın ikinci komandası arasındakı oyun da qolsuz bitib.
“Şamaxı” doğma meydanda MOİK-i 6 cavabsız qolla məğlub edib və mövsümü gümüş medallarla başa vurub. “Qarabağ”ın əvəzediciləri isə bürünc medallarla kifayətlənib.
“Turan Tovuz” son turda “Zirə”nin əvəzedicilərinə qalib gəlibsə, beş qolun qeydə alındığı “Neftçi-2” – “Zaqatala” matçında qonaqlar qələbə qazanıblar. “Sumqayıt”la “Qəbələ”nin əvəzedicilərinin duelində də qonaqlar seviniblər.
“Qaradağ Lökbatan”ın futbolçusu Sabir Allahquliyev 22 qolla Birinci Divizionun bombardiri olub.
Birinci Divizion
26-cı tur
17 may
“Turan Tovuz” – “Zirə-2” 2:0
Qol: Rövşən Şahmuradov, 48. Famil Camalov, 63.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Asiman Əzizli, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 15:30.
“Şamaxı-2” – MOİK 6:0
Qol: Samir Məmmədzadə, 17-öz qapısına. Tural Axundov, 31. Emin Quliyev, 45. Qurban Səfərov, 61; 66; 68.
Hakimlər: Nicat İsmayıllı, Ruslan Quliyev, Teymur Teymurov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“ASK Arena”, 15:30.
“Neftçi-2” – “Zaqatala” 2:3
Qol: Əli Sadıxov, 45+4. Elton Əlibəyli, 86 – Rəhman Şabanov, 45. Roini İsmayılov, 76. İbrahim Camalov, 83.
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Elmin Süleymanov, Emin Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:30.
“Kəpəz” – “Sabah-2” 0:0
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Tərlan Talıbzadə, Əli Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Gəncə şəhər stadionu, 15:30.
“Sumqayıt-2” – “Qəbələ-2” 1:3
Qol: İbrahim Əliyev, 55 – Ramin Doobi, 8. Sənan Ağalarov, 58.
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Kərim Zeynalov, Fərid Hacıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Sumqayıt. “Kapital Bank Arena” (ehtiyat meydança), 15:30.
“Qarabağ-2” – “Qaradağ Lökbatan” 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Şirmamed Mamedov, Cavid Cəlilov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 15:30.




