Birinci Divizionda mövsümə yekun vuruldu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2020/21 mövsümünün sonuncu – 27-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, qapanış turunun bütün oyunları eyni gündə baş tutub.

Çempion “Neftçi-2” “Zaqatala” ilə oyunda darmadağına sevinib. “Turan Tovuz” səfərdə MOİK üzərində qələbəyə sevinibsə, “Kəpəz” də “Sabah”ın əvəzedicilərini məğlub yola salıb. “Qarabağ”ın ikinci komandası “Qaradağ Lökbatan”a uduzub. “Keşlə” ilə “Sumqayıt”ın əvəzediciləri də mövsümün son matçında heç-heçəyə razılaşıb.

Beləliklə, mövsümün yekunlarına əsasən, “Neftçi”nin əvəzediciləri çempion olubsa, “Zaqatala” gümüş, “Turan Tovuz” isə bürünc medallarla kifayətlənib.

Birinci Divizion
27-ci tur
17 may

MOİK – Turan Tovuz 1:3
Qol: Elvin Nəsibov, 56 – Fuad Bayramov, 60. Elçin Qasımov, 81. Vidadi Cəfərov, 85.
Hakimlər: Rövşən Rəcəbov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
Binə qəsəbə stadionu, 14:00.

Kəpəz – Sabah-2 1:0
Qol: Emil Qasımov, 75.
Hakimlər: Kamranbəy Rəhimov, Səbuhi Soltanov, Taleh Məmmədov, Namiq Bəkirov
Gəncə şəhər stadionu, 15:00.

Qarabağ-2 – Qaradağ Lökbatan 0:1
Qol: Cavid Nəcizadə, 85.
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Elmin Süleymanov, Rauf Cabarov
Bakı. “ASCO Arena”, 15:00.

Keşlə-2 – Sumqayıt-2 1:1
Qol: Aslan Bədəlzadə, 75 – Cəlal Cəbrayılov, 41.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu
Bakı. “ASK Arena”, 16:00.

Zaqatala – Neftçi-2 0:4
Qol: Asim Əlizadə, 16. Vüqar Həsənov, 18. Nicat Musayev, 73. Vüsal Əsgərov, 80.
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elman Kərimov, Səbuhi Bayramov
Bakı. “Neftçi” klubunun bazası (4-cü meydança), 16:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: