Birinci Divizionda yeni mövsümün ilk təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün ilk turunun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, yeni mövsümə sabah start veriləcək.

İlk oyun günündə dörd qarşılaşma baş tutacaq. Mövsümün ilk oyunları “Turan Tovuz-2” və “Şamaxı-2”, həmçinin MOİK və “Zaqatala” arasında baş tutacaq. Bu iki oyunu müvafiq olaraq Rövşən Rəcəbov və Elvin Bayramov idarə edəcəklər.

“Araz Naxçıvan” Səbuhi Bayramovun idarə edəcəyi oyunda “Qarabağ”ın əvəzedicilərini qəbul edəcək. Nəhayət, günün son matçında “Zirə” və “Kəpəz”in əvəzediciləri üz-üzə gələcək. Bu görüş Cavid Cəlilova həvalə edilib.

Sonuncu oyun günündə isə üç görüş keçiriləcək. “Mingəçevir” – “Neftçi-2” ilə qarşılaşacaqsa, “Qaradağ Lökbatan” “Səbail-2” ilə üz-üzə gələcək. İlk oyunu Emin Əliyev, ikincini isə Kamranbəy Rəhimov idarə edəcək. “Qəbələ”nin əvəzediciləri də ilk oyunda “İmişli”ni qəbul edəcək. Qəbələdəki matça Namiq Bəkirov təyinat alıb.

Birinci Divizion
1-ci tur
24 avqust

Turan Tovuz-2 – Şamaxı-2
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Teymur Teymur, Əkbər Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
Tovuz şəhər stadionu, 16:30

MOİK – Zaqatala
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rasim Axundov, İrşad Aydınov
Hakim-inspektor: Orxan Məmmədov
Binə qəsəbə stadionu, 16:30

Araz Naxçıvan – Qarabağ-2
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
Naxçıvan Muxtar Respublika stadionu, 17:00

Zirə-2 – Kəpəz-2
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
“ASK Arena”, 19:30

25 avqust

Mingəçevir – Neftçi-2
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30

Qaradağ Lökbatan – Səbail-2
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Əli Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30

Qəbələ-2 – İmişli
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:30

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: