Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2021/22 mövsümünün püşkü atılıb. Arena.az xəbər verir ki, püşkatmadan sonra 1-ci turda üz-üzə gələcək komandalar məlum olub.
İlk turda “Qarabağ”ın əvəzedici komandası istirahət edəcək.
Qeyd edək ki, Birinci Divizionda yeni mövsüm 13 sentyabrda start götürəcək. Çempionat iki dövrədən ibarət olacaq və 13 komandanın iştirakı ilə keçiriləcək.
Birinci Divizion
1-ci tur
Sumqayıt-2 – Qaradağ Lökbatan
Kəpəz – Qəbələ-2
Neftçi-2 – Sabah-2
Keşlə-2 – Zaqatala
Turan Tovuz – MOİK
Səbail-2 – Zirə-2


