Birinci Liqa: “Mingəçevir” – “Difai” matçı təxirə salındı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda, Birinci Liqa, İkinci Liqa və Əvəzedicilər Liqasında oyunların keçirilməsi nəzərdə tutulub.

Arena.az xəbər verir ki, ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, PFL-in bayrağı altında keçirilən bütün yarışlarda ümumi vəziyyət nəzarət altındadır. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur.

Hava şəraiti ilə əlaqədar Birinci Liqanın “Mingəçevir” – “Difai” oyunu hava şəraiti ilə əlaqədar təxirə salınıb. Peşəkar Futbol Liqasının qərarına əsasən, matç fevralın 28-də Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək. Qarşılaşmaya saat 14:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: