Birinci və İkinci Liqada püşkatma mərasiminin vaxtı bəlli oldu

Futbol üzrə Azərbaycan Birinci və İkinci Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, püşkatma mərasimi avqustun 13-də AFFA-nın inzibati binasında baş tutacaq. Tədbriə saat 15:00-da start veriləcək.

Xatırladaq ki, İkinci Liqada yeni mövsüm sentyabrın 1-də start götürəcək. Birinci Liqa isə bundan 10 gün sonra – sentyabrın 11-də başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: