Boks yığmamızın 7 üzvü Sofiyada təlim-məşq toplanışındadır

Kişilərdən ibarət boks üzrə Azərbaycan milli komandası Bolqarıstanın paytaxtı Sofiyada növbəti təlim-məşq toplanışına start verib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Sofiyadakı hazırlıq prosesi 10 gün davam edəcək.

Toplanışa baş məşqçi Pedro Roke, böyük məşqçi Nəriman Abdullayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında 7 boksçu qatılıb. Heyətdə Məsud Yusifzadə (51 kq), Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Kamran Şahsuvarlı (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) yer alıblar.

Xatırladaq ki, bu toplanış Avropa çempionatı və Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq məqsədi daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaş: