Dortmund “Borussiya”sı Çempionlar Liqasının finalına hazırlaşmaqla yanaşı, mümkün qələbəsini qeyd etmək üçün plan da tərtib edib.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Almaniya klubu finalı qazanıb Londondan Dortmunda qayıtdıqdan sonra, komanda şəhər küçələri ilə hərəkət edəcək üstü açılıb-bağlanan avtobusa minəcək.
Mərasim tədbirinin təntənəli hissəsinin “Borussiya”nın 1909-cu ildə yarandığı zamanı ifadə edən vaxtla rəmzi eyniyyətinə müvafiq – 19:09-da baş tutacağı vurğulanır.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2023/2024-cü illər mövsümünün finalında Madrid “Real”ı ilə Dortmund “Borssuya”sı qarşılaşacaq. Final oyunu iyunun 1-də İngiltərənin paytaxtı Londonun məşhur “Uembli” stadionunda keçiriləcək. Həlledici oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


