Braziliya millisi DÇ-də 40 il sonra ilk dəfə penaltini qaçırdı

Braziliya millisi futbol üzrə dünya çempionatlarında (DÇ-2026) penalti qaçırmaqla 40 illik arzuolunmaz seriyasını yeniləyib.

Arena.az xəbər verir ki, söhbət dünya çempionatlarında əsas vaxt ərzində təyin edilmiş penalti zərbəsindən yararlana bilməməkdən gedir.

DÇ-2026-nın 1/8 final mərhələsində Norveç yığmasına qarşı keçirdikləri oyunun ilk hissəsində Braziliya yığması penalti qazanıb. Lakin Bruno Gimaraynsın zərbəsini Norveç millisinin qapıçısı Eryan Nyuland dəf edib.

Beləliklə, Braziliya millisi dünya çempionatında son 40 ildə ilk dəfə əsas vaxtda təyin olunmuş penalti zərbəsini qola çevirə bilməyib.

Braziliyalılar sonuncu dəfə belə uğursuzluğu 1986-cı il dünya çempionatının 1/4 finalında Fransa ilə oyunda yaşamışdılar. Həmin görüşdə Zikonun penalti zərbəsini fransalı qapıçı Joel Bats qaytarmışdı. Oyun daha sonra penaltilər seriyasına qədər uzansa da, statistikaya yalnız matçın əsas və əlavə vaxtında təyin olunan penaltilər daxil edilir.

Qeyd edək ki, Braziliya Norveçə 1:2 hesabı ilə məğlub olaraq son 36 ildə ilk dəfə dünya çempionatının 1/4 finalına yüksələ bilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: