İspaniyanın “Barselona” klubu hücumçusu Martin Breytueyt ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Danimarkalı forvardın sözləşməsi 2024-cü ilin yayında başa çatmalı idi.
Xatırladaq ki, Martin Breytueyt 2020-ci ilin fevralında “Leqanes”dən 18 milyon avro qarşılığında “Barselona”ya transfer olunmuşdu. O, Kataloniya təmsilçisində keçirdiyi 58 oyunda 10 qola imza atıb.
Breytueyt daha öncə “Leqanes”dən əlavə “Bordo”, “Midlsbro”, “Tuluza” və “Esbyerq” kimi klubların da formasını geyinib. O, Danimarka yığmasında da 60 oyun keçirib, 10 qol vurub.