Bu gün Konfrans Liqasında pley-offun daha bir oyunu keçiriləcək

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin növbəti oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutacaq.

Günün yeganə matçı Gimaraynşda “Vitoriya” ilə “Zrinski” arasında keçiriləcək.

Konfrans Liqasındakı mübarizəsini davam etdirən, tarixi uğura imza ataraq ilk dəfə avrokubokların pley-offunda mübarizə aparacaq Azərbaycan təmsilçisi “Zirə” bu mərhələdə Kipr “Omoniya”sı ilə üz-üzə gələcək. Rəşad Sadıqovun komandası ilk matçını avqustun 22-də səfərdə keçirəcək.

Avropa Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 29-da keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin ilk oyunları
20 avqust

“Noah” (Ermənistan) – “Rujomberok” (Slovakiya) 3:0

21 avqust

20:45. “Vitoriya” (Portuqaliya) – “Zrinski” (Bosniya və Herseqovina)

22 avqust

20:00. “Legiya” (Polşa) – “Drita” (Kosovo)
20:00. “Mlada Boleslav” (Çexiya) – “Paks” (Macarıstan)
20:00. “Pünik” (Ermənistan) – “Çelye” (Sloveniya)
20:30. “Panevejis” (Litva) – TNS (Uels)
21:00. “Brann” (Norveç) – “Astana” (Qazaxıstan)
21:00. “Yurqorden” (İsveç) – “Maribor” (Sloveniya)
21:00. “Kopenhagen” (Danimarka) – “Kilmarnok” (Şotlandiya)
21:00. “Hakken” (İsveç) – “Haydenhaym” (Almaniya)
21:00. “Omoniya” (Kipr) – “Zirə” (Azərbaycan)
21:30. ÇFR (Rumıniya) – “Pafos” (Kipr)
22:00. “Fiorentina” (İtaliya) – “Puşkaş Akademiyası” (Macarıstan)
22:00. “Krivbass” (Ukrayna) – “Betis” (İspaniya)
22:00. “Riyeka” (Xorvatiya) – “Olimpiya” (Sloveniya)
22:00. “Vikinqur” (İslandiya) – “Santa Koloma” (Andorra)
22:15. “Partizan” (Serbiya) – “Gent” (Belçika)
22:30. “Visla” (Polşa) – “Serkl Brügge” (Belçika)
22:45. “Klaksvik” (Farer adaları) – HJK (Finlandiya)
22:45. “Sent Patriks Atletik” (İrlandiya) – “Başakşəhər” (Türkiyə)
23:00. “Çelsi” (İngiltərə) – “Servett” (İsveçrə)
23:00. “Lans” (Fransa) – “Panatinaikos” (Yunanıstan)
23:00. “Linkoln” (Cəbəllüttariq) – “Larne” (Şimali İrlandiya)
23:00. “Sankt Qallen” (İsveçrə) – “Trabzonspor” (Türkiyə)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: