Bu gün Konfrans Liqasında yarımfinalçılar bəlli olacaq

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün bütün yarımfinalçıları müəyyənləşəcək.

Arena.az xəbər verir ki, turnirin 1/4 final mərhələsinin cavab qarşılşamalarının hamısı eyni gündə keçiriləcək.

İtaliya təmsilçisi “Fiorentina” doğma meydanda Sloveniyanın “Çelye” komandası ilə üz-üzə gələcək. Turnirin digər əsas favoriti “Çelsi” isə İngiltərədə Polşa “Legiya”sı ilə qarşılaşacaq.

İspaniya təmsilçisi “Betis” Polşada “Yagelloniya”nın, İsveç “Yurqorden”i isə Avstriyada “Rapid”in qonağı olacaq.

Qeyd edək ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.

Avropa Konfrans Liqası
1/4 finalın cavab oyunları
17 aprel

23:00. “Fiorentina” (İtaliya) – “Çelye” (Sloveniya)
İlk oyun – 2:1.

23:00. “Yagelloniya” (Polşa) – “Betis” (İspaniya)
İlk oyun – 0:2.

23:00. “Çelsi” (İngiltərə) – “Legiya” (Polşa)
İlk oyun – 3:0.

23:00. “Rapid” (Avstriya) – “Yurqorden” (İsveç)
İlk oyun – 1:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: