Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” klubunda baş məşqçi Cavid Hüseynovun köməkçiləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Cavid Hüseynovun köməkçiləri Vadar Nuriyev, Ceyhun Rzayev, Şahin Hüseynov (qapıçı məşqçi), Toğrul Bilallı (fiziki hazırlıq) və Şərif Hüseynov olacaqlar. Onların hər biri ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Cavid Hüseynov bu yay “Araz-Naxçıvan”a baş məşqçi təyin edilib. Gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Hüseynov “Araz-Naxçıvan”ın sükanı arxasında 2025/2026-cı illər mövsümü bitən kimi komandadan ayrılmış Andrey Demçekonu əvəz edib. Naxçıvan təmsilçisi ukraynalı mütəxəssisin rəhbərliyi altında ötən mövsümü 46 xalla 6-cı pillədə başa vurub.
Cavid Hüseynov futbolçu kimi müxtəlif illərdə “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə”, Türkiyənin “Adana Dəmirspor” klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinib. O, məşqçilik fəaliyyətinə “Şamaxı” klubunda başlayıb. “Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışmış 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.



