Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Günün ilk oyunu İngiltərə təmsilçisi “Çelsi” ilə Polşanın “Legiya” komandası arasında baş tutub. Polşada təşkil olunmuş oyunda “zadəganlar” 3 cavabsız qola sevinməklə yarımfinala vəsiqənin taleyinə böyük ölçüdə aydınlıq gətiriblər.
İtaliyanın “Fiorentina” komandası isə Sloveniyada “Çelye”nin qonağı olub. Üç qolluq bu görüş də florensiyalıların qələbəsiylə yekunlaşıb.
Avstriya “Rapid”i İsveçdə “Yuroqrden”lə qarşılaşıb və tək qolla qalib gəlib. Turnirin favoritlərindən hesab olunan “Betis” isə doğma meydanda Polşa “Yagelloniya”sını 2 cavabsız qolla yenib.
Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılşamaları aprelin 17-də keçiriləcək.
Avropa Konfrans Liqası
1/4 finalın ilk oyunları
10 aprel
“Legiya” (Polşa) – “Çelsi” (İngiltərə) 0:3
Qol: T.Corc, 49. N.Madueke, 57; 74.
“Betis” (İspaniya) – “Yagelloniya” (Polşa) 2:0
Qollar: Bakambu, 24. X.Rodriqes, 45+2.
“Çelye” (Sloveniya) – “Fiorentina” (İtaliya) 1:2
Qollar: Şobe, 68 – L.Ranyeri, 27. Mandraqora, 62-pen.
“Yurqorden” (İsveç) – “Rapid” (Avstriya) 0:1
Qol: Finndell, 62-öz qapısına.


