Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 13-cü turu çərçivəsində lider “Kocaelispor”la qarşılaşıb.
Coşqunun komandası səfərdə baş tutan bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 2:2.
Diniyev bu oyuna start heyətdə başlayıb və 77-ci dəqiqədə – hesab 2:1 komandasının xeyrinə olarkən əvəzlənib.
Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 11 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Bandırmaspor” 13 turdan sonra 25 xalla 2-ci pillədə qərarlaşıb. “Kocaelispor” isə 26 xalla 1-cidir.


