Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.
Arena.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Mundialın əsas favoritlərindən hesab edilən Fransa yığması Paraqvay millisi ilə üz-üzə gəlib. Filadelfiya şəhərində (Pensilvaniya, ABŞ) təşkil edilmiş bu matçda Avropa təmsilçisi rəqibini 1:0 hesabıyla məğlub edib.
Kobud oyuna görə təyin edilmiş penaltini 70-ci dəqiqədə Kilian Mbappe qola çevirib.
Bu qələbə sayəsində 1/4 finala yüksəlmiş Fransa yığmasının rəqibi Mərakeş millisi olacaq.
İyulun 5-dən 6-na keçən gecə növbəti oyunlar keçiriləcək. Braziliya Norveçlə (saat 00:00), Meksika İngiltərə ilə (04:00) üz-üzə gələcək.
DÇ-2026
1/8 final
5 iyul
Paraqvay – Fransa 0:1
Qol: Kilian Mbappe, 70-pen.


