ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında (DÇ-2026) pley-offa vəsiqə qazanan komandaların sayı 7-yə çatıb.
Arena.az xəbər verir ki, bu gün qrup mərhələsində 2-ci tura yekun vurulub.
2-ci turun oyunlarından sonra Meksika, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina və Kolumbiya yığmaları 1/16 finalda iştirakı rəsmiləşdiriblər.
Beş komandanın isə qrup mərhələsinin son turunun nəticələrindən asılı olmayaraq, mundialla vidalaşacağı artıq indidən bəllidir. Bunlar Haiti, Türkiyə, Tunis, İordaniya və Panama yığma komandalarıdır.
Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində 3-cü tur bu gün başlayacaq.
Mundiala iyulun 19-da yekun vurulacaq.
A qrupu:
- Meksika – 6 xal
- Cənubi Koreya – 3 xal
- Çexiya – 1 xal
- CAR – 1 xal
B qrupu:
- İsveçrə – 4 xal
- Kanada – 4 xal
- Qətər – 1 xal
- Bosniya və Herseqovina – 1 xal
C qrupu:
- Braziliya – 4 xal
- Mərakeş – 4 xal
- Şotlandiya – 3 xal
- Haiti – 0 xal
D qrupu:
- ABŞ – 6 xal
- Avstraliya – 3 xal
- Paraqvay – 3 xal
- Türkiyə – 0 xal
E qrupu:
- Almaniya – 6 xal
- Ekvador – 3 xal
- Kot-d’İvuar – 3 xal
- Kurasao – 0 xal
F qrupu:
- Niderland – 4 xal
- Yaponiya – 4 xal
- İsveç – 3 xal
- Tunis – 0 xal
G qrupu:
- Misir – 4 xal
- İran – 2 xal
- Belçika – 2 xal
- Yeni Zelandiya – 1 xal
H qrupu:
- İspaniya – 4 xal
- Uruqvay – 4 xal
- Kabo Verde – 1 xal
- Səudiyyə Ərəbistanı – 1 xal
I qrupu:
- Fransa – 6 xal
- Norveç – 6 xal
- Seneqal – 0 xal
- İraq – 0 xal
J qrupu:
- Argentina – 6 xal
- Əlcəzair – 3 xal
- Avstriya – 3 xal
- İordaniya – 0 xal
K qrupu:
- Kolumbiya – 6 xal
- Portuqaliya – 4 xal
- Özbəkistan – 1 xal
- Konqo DR – 0 xal
L qrupu:
- İngiltərə – 4 xal
- Xorvatiya – 3 xal
- Qana – 2 xal
- Panama – 1 xal


