Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 23-cü turunun oyunları ilə bağl aşağıdakı qərarlar qəbul olunub:
“Sabah-2” – “Neftçi-2” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
“Zaqatala” – “Keşlə-2” oyununda matçın 55-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Nicat Oruclu “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimələnib.
“Sabah-2” – “Sumqayıt-2” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
MOİK – “Qarabağ-2” oyununda MOİK-in futbolçusu Nurlan Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. MOİK-in futbolçusu Rüstəm Rüstəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 86-ci dəqiqəsində MOİK-in futbolçusu Qabil Sabirli “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 240 manat cərimələnib. MOİK-in 29 nömrəli futbolçusu Zahir Xanhüseynli “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 240 manat cərimələnib. Klubunun məşqçisi Ramin Nəsibov ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat cərimə olunub. “Qarabağ”ın futbolçusu Seyxan Fərəcov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Neftçi-2” oyununda “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.


