Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu 3-cü Liqanın 13-cü turu çərçivəsində baş tutan “Verl”lə qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matç Aue təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
Dmitri Nazarov bu matça start heyətdə başlayıb və 76-cı dəqiqədə əvəzlənib.
“Ersgebirge” 13 turdan sonra 10 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.


