Dmitri Nazarov üçün 86 dəqiqə, 2 qol və 3 xal

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 26-cı turu çərçivəsində baş tutan “Essen”lə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Aue təmsilçisi bu matçdan qələbə ilə ayrılıb – 2:1.

Dmitri Nazarov matçın start heyətində meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu da milli üzvü vurub. O, 22 və 30-cu dəqiqələrdə penaltidən dəqiq yararlanıb. Bununla da yarımmüdafiəçi cari mövsümdə vurduğu qolların sayını 7-yə çatdırıb.

Aue təmsilçisi geridə qalan 26 turda 9 qələbə qazanıb, 6 heç-heçə edib və 11 qarşılaşmada məğlub olub. Sözügedən komanda hazırda 33 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: