Elvin Bədəlov: “Fransa ilə oyunda uğurlu nəticəyə inanırıq”

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlov Fransa yığmasına qarşı keçirəcəkləri oyundan gözləntilərini paylaşıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar DÇ-2026-nın seçmə mərhələsinin sonuncu turu çərçivəsində sabah Bakıda üz-üzə gələcəklər.

Elvin Bədəlov bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Sonuncu ev oyunumuza çıxacağıq. Rəqib güclü olsa da, matça hazırıq. İnanırıq ki, azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərəcək və uğurlu nəticə qazanacağıq. Komanda şəklində ciddi hazırlaşmışıq.

Kilian Mbappenin sabahkı oyunda olmamasının bu görüşə marağı azaldacağını düşünmürəm. Bildiyim qədərilə, stadion dolu olacaq. Azarkeşlərimiz sağ olsunlar. Mbappe gəlməsə də, Fransa millisinin ulduzları çoxdur. Mbappesiz rəqibə qarşı oynamaq daha çətin olacaq. Çünki onlar komanda olaraq daha ciddi olacaqlar. Biz sırf ona köklənmirik, Fransanı fikirləşirik. İnanıram ki, sabah yaxşı mübarizə apara bilərik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: