“Neftçi”nin zədəli futbolçularının əksəri sıraya dönsə də, paytaxt təmsilçisinin qapıçısı Emil Balayev hələ də bərpa prosesi keçir.
Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.
Zöhrablı bildirib ki, zədəli futbolçulardan yalnız Emil Balayev bərpa prosesi keçir: “Digər futbolçular, demək olar ki, artıq komanda ilə məşqlərə qoşulublar. Bəziləri fərdi, bəziləri isə ümumi qrupda hazırlaşırlar. Başqa zədəli futbolçumuz yoxdur”.
Xatırladaq ki, “Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq. Oyun saat 20:30-da Zirə Olimpiya İdman Kompleksinin stadionunda başlayacaq.


