Emil Balayev ehtiyatda qaldı, “Turan” ilk qələbəsini qazandı

Futbol üzrə Qazaxıstan çempionatında 7-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti maçtına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kayrat”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Cari mövsümdə ilk qələbəsini qazanan “Turan” 7 turdan sonra 6 xalla 14 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: