Emil Mustafayev Donetsk “Şaxtyor”una qarşı 89 dəqiqə oynadı

Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutan Donetsk “Şaxtyor”u ilə oyunun iştirakçısı olub.

Sözügedən kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 1:1.

Start heyətdə meydana çıxan Emil Mustafayev 89-cu dəqiqədə əvəzlənib. Cari mövsümdə 2 qol vurmuş azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.

“Aleksandriya” bu mövsüm keçirdiyi 24 oyunda 38 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Mustafayev isə cari mövsümdə meydana çıxdığı 13 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: