AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən Avropa Konfrans Liqasının oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) oyununun UEFA nümayəndəsi Emin Cəfərov olacaq.
“Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) oyunu noyabrın 30-da Astanada keçiriləcək.



