Futbol üzrə Toqo milli komandasının mərkəz müdafiəçisi Emmanuel Hakman bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Emmanuel Hakman peşəkar karyerasına Portuqaliyanın “Vila Real” klubunda başlayıb. Daha sonra o, ub ölkədə “Boavişta”, “Aveş”, “Portimonense”, “Jil Visente” kimi klubların da formasını geyinib. Müdafiəçi son olaraq Serbiyada “Mladost”un şərəfini qoruyub. Sözügedən kluba bu ilin fevralında keçən Hakman Serbiya təmsilçisində cəmi 15 oyuna çıxıb. O, bu ilin iyul ayından azad agent kimi özünə yeni klub axtarırdı.
Hakman 2022-ci ilin mart ayında debüt matçına çıxdığı Toqo milli komandasının heyətində 8 oyun keçirib.
“Turan Tovuz” bu yay Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın, Martin Petkov, Paçu, Otto Con, Brunao, Budaq Nəsirov, Aleks Serrano, Xəyal Nəcəfov, Veysəl Rzayev və Slavik Alxasovu da heyətinə qatmışdı.
Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov, Piruz Marakvelidze, Belaydi Pusi və Roderik Miller də klubla yeni sözləşmə imzalayıb.
Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov, Siyanda Xulu, Ehtiram Şahverdiyev, Runi Eva və Vüsal Məsimov da komandanı tərk ediblər.
Qeyd edək ki, “Turan Tovuz” bu mövsümə uğurlu başlayıb. Komanda geridə qalmış 5 turda topladığı 9 xalla 2-ci pillədə qərarlaşıb.


