“Fənərbaxça” İsmayıl Yüksək ilə yeni müqavilə bağladı

Türkiyənin “Fənərbaxça” klubunun yarımmüdafiəçisi İsmayıl Yüksək İstanbul təmsilçisi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçunun 2027-ci ilin yayına kimi İstanbul təmsilçisində forma geyinəcəyi açıqlanıb. Onun əvvəlki sözləşməsinin müddəti bu ilin yayında başa çatacaqdı.

Xatırladaq ki, İsmayıl Yüksək “Gölcükspor”un yetirməsidir. Ötən ildən Türkiyə milli komandasına da dəvət olunan yarımmüdafiəçi 2020-ci ilin avqust ayından “Fənərbaxça”nın uğurları üçün çalışır. O, İstanbul təmsilçisində 18 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. İsmayıl əvvəlki mövsümlərdə “Balıkəsirspor”, “Adana Dəmirspor” və “Bursaspor”da icarədə də oynayıb. Futbolçu Türkiyə millisində də 5 oyuna çıxıb və 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: