“Fənərbaxça” “Kasımpaşa”nın yetirməsini transfer etdi

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi “Kasımpaşa”dan ayrılan Çağatay Kurukalıpı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Fənərbaxça” “Kasımpaşa”ya 50 min avro ödəyəcək. Bu, sözügedən futbolçunun məhz bu klubun yetirməsi olması ilə əlaqədardır. Çağatay Türkiyənin U-19 yığmasının üzvüdür.

Türkiyə nəhəngi daha öncə Stiven Koker və Serdar Dursunu transfer etmişdi.

Qeyd edək ki, “Neftçi” Avropa Liqasının 3-cü mərhələsində Finlandiyanın HJK komandasını mübarizədən kənarlaşdırsa, pley-offda məhz “Fənərbaxça”yla qarşılaşacaq. “Neftçi” HJK ilə ilk matçdan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Komandalar arasındakı cavab matçı avqustun 12-də Finlandiyada keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: