Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
Türkiyənin “Fənərbaxça” komandası da növbəti oyununa çıxıb. İstanbul təmsilçisi Moldovada “Zimbru”nun qonağı olub. Türkiyədəki ilk matçda meydan sahibləri rəqibini darmadağın etmişdilər – 5:0. “Sarı-lacıvərdlilər” səfərdə də 4 cavabsız qolla gələrək mərhələ adlayıblar.
“Valmiera”, “Neman”, “Svift”, “Partizani” və “Struqa” komandaları da sərfəli nəticələrə imza atmaqla 3-cü təsnifat mərhələsinə yüksəliblər.
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin qalan cavab görüşləri 2 və 3 avqustda keçiriləcək. Azərbaycan təmsilçiləri “Neftçi”, “Sabah” və “Qəbələ” də rəqibləri ilə cavab görüşlərinə avqustun 3-də çıxacaqlar.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
1 avqust
“Valmiera” (Latviya) – “Tre Penne” (San Marino) 7:0 (İlk oyun – 3:0)
“Baltsan” (Malta) – “Neman” (Belarus) 0:0 (0:2)
“Zimbru” (Moldova) – “Fənərbaxça” (Türkiyə) 0:4 (0:5)
“Svift” (Lüksemburq) – TNS (Uels) 3:2 (1:1)
“Partizani” (Albaniya) – “Atletik” (Andorra) 4:1 (1:0)
“Buduçnost” (Monteneqro) – “Struqa” (Şimali Makedoniya) 3:4 (0:1)
2 avqust
21:00. AEK (Larnaka, Kipr) – “Torpedo BelAZ” (Belarus) (3:2)
21:30. “Düdelanj” (Lüksemburq) – “Qzira Yunayted” (Malta) (0:2)
3 avqust
18:00. “Tobol” (Qazaxıstan) – “Bazel” (İsveçrə) (3:1)
19:00. “Santa Koloma” (Andorra) – “Sutyeska” (Monteneqro) (0:2)
19:00. “Pünik” (Ermənistan) – “Kalmar” (İsveç) (2:1)
19:30. “Spartak” (Trnava, Slovakiya) – “Auda” (Latviya) (1:1)
20:00. “Aktobe” (Qazaxıstan) – “Torpedo” (Kutaisi, Gürcüstan) (4:1)
20:00. “Dinamo” (Tiflis, Gürcüstan) – “Hamrun Spartans” (Malta) (1:2)
20:00. “Panevejis” (Litva) – “Hapoel” (Beer-Şeva, İsrail) (0:1)
20:00. “Kauno” (Litva) – “Lex” (Polşa) (1:3)
20:00. “KuPS” (Finlandiya) – “Derri Siti” (İrlandiya) (1:2)
20:00. “Poqon” (Polşa) – “Linfild” (Şimali İrlandiya) (5:2)
20:00. “Sabah” (Azərbaycan) – RFS (Latviya) (2:0)
20:00. “Urartu” (Ermənistan) – “Farul” (Rumıniya) (2:3)
20:45. “Zalaegerseq” (Macarıstan) – “Osiyek” (Xorvatiya) (0:1)
21:00. “Dila” (Gürcüstan) – “Vorskla” (Ukrayna) (1:2)
21:00. “Levski” (Bolqarıstan) – “Şkupi” (Şimali Makedoniya) (2:0)
21:00. “Neftçi” (Azərbaycan) – “Jelezniçar” (Bosniya və Herseqovina) (2:2)
21:00. “Omoniya” (Kipr) – “Qəbələ” (Azərbaycan) (3:2)
21:00. “Petrokub” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) (0:3)
21:00. “Riqa” (Latviya) – “Keçkemet” (Macarıstan) (1:2)
21:00. “Rusenborq” (Norveç) – “Kruzeyders” (Şimali İrlandiya) (2:2)
21:00. “Sepsi” (Rumıniya) – ÇSKA (Sofiya, Bolqarıstan) (2:0)
21:05. “Bohemians” (Çexiya) – “Bodo Qlimt” (Norveç) (0:3)
21:30. “Beytar” (İsrail) – PAOK (Yunanıstan) (0:0)
21:30. “Proqres” (Lüksemburq) – “Midtyulland” (Danimarka) (0:2)
22:00. “Orhus” (Danimarka) – “Brügge” (Belçika) (0:3)
22:00. “Adana Dəmirspor” (Türkiyə) – ÇFR (Rumıniya) (1:1)
22:00. “Drita” (Kosovo) – “Viktoriya” (Plzen, Çexiya) (0:0)
22:00. “Hammarbü” (İsveç) – “Tvente” (Niderland) (0:1)
22:00. “Tirana” (Albaniya) – “Beşiktaş” (Türkiyə) (1:3)
22:00. “Voyvodina” (Serbiya) – APOEL (Nikosiya, Kipr) (1:2)
22:00. “Jilina” (Slovakiya) – “Gent” (Belçika) (1:5)
22:15. “Aris” (Saloniki, Yunanıstan) – “Ararat” (Ermənistan) (1:1)
22:15. “Hibernian” (Şotlandiya) – “İnter” (Andorra) (1:2)
22:15. “Riyeka” (Xorvatiya) – “Dukagini” (Kosovo) (1:0)
22:30. “Borats” (Bosniya və Herseqovina) – “Austriya” (Avstriya) (0:1)
22:30. “Styaua” (Rumıniya) – ÇSKA 1948 (Bolqarıstan) (1:0)
22:30. “Larne” (Şimali İrlandiya) – “Ballkani” (Kosovo) (0:3)
22:30. “Maribor” (Sloveniya) – “Differdanj” (Lüksemburq) (1:1)
22:45. “Dandolk” (İrlandiya) – “Akureyri” (İslandiya) (1:3)
22:45. “Haverforduest Kaunti” (Uels) – “B36 Torshavn” (Farer adaları) (1:2)
22:45. “Lütsern” (İsveçrə) – “Yurqorden” (İsveç) (2:1)
23:00. “Debretsen” (Macarıstan) – “Alaşkert” (Ermənistan) (1:0)
23:00. “Legiya” (Polşa) – “Ordabası” (Qazaxıstan) (2:2)
23:00. “Şemrok Rovers” (İrlandiya) – “Ferentsvaroş” (Macarıstan) (0:4)
23:00. “Vitoriya” (Portuqaliya) – “Çelye” (Sloveniya) (4:3)


