Futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.
Azərbaycan təmsilçilərindən ilk olaraq “Sabah” mübarizəyə qoşulub. Paytaxt klubu səfərdə Latviya klubu RFS üzərində inamlı qələbəyə sevinib.
Digər təmsilçimiz “Qəbələ”nin növbəti raunddakı potensial rəqiblərindən olan Danimarka “Midtyulland”ı Lüksemburqun “Proqres” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu cütün qalibi növbəti raundda “Qəbələ” – “Omoniya” (Kipr) duelinin güclüsü ilə üz-üzə gələcək.
Türkiyə təmsilçisi “Fənərbaxça” da ilk oyununa bu gün çıxıb. İstanbul klubu evdə Moldova təmsilçisi “Zimbru”nu 5 cavabsız qolla məğlub edib.
“Struqa” “Buduçnost”u, “Neman” “Baltsan”ı məğlub yola salıb. ÇSKA 1948 komandası isə evdə “Styaua”ya uduzub.
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin qalan ilk oyunları 27 iyulda keçiriləcək. Azərbaycan təmsilçilərindən “Neftçi” və “Qəbələ” də ilk oyununa sabah çıxacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
25 iyul
“Atletik” (Andorra) – “Partizani” (Albaniya) 0:1
“Hamrun Spartans” (Malta) – “Dinamo” (Tiflis, Gürcüstan) 2:1
TNS (Uels) – “Svift” (Lüksemburq) 1:1
“Ballkani” (Kosovo) – “Larne” (Şimali İrlandiya) 3:0
“Tre Penne” (San Marino) – “Valmiera” (Latviya) 0:3
26 iyul
“Struqa” (Şimali Makedoniya) – “Buduçnost” (Monteneqro) 1:0
RFS (Latviya) – “Sabah” (Azərbaycan) 0:2
“Midtyulland” (Danimarka) – “Proqres” (Lüksemburq) 2:0
ÇSKA 1948 (Bolqarıstan) – “Styaua” (Rumıniya) 0:1
“Fənərbaxça” (Türkiyə) – “Zimbru” (Moldova) 5:0
“Neman” (Belarus) – “Baltsan” (Malta) 2:0
27 iyul
19:00. “Alaşkert” (Ermənistan) – “Debretsen” (Macarıstan)
19:00. “Ararat” (Ermənistan) – “Aris” (Saloniki, Yunanıstan)
19:00. “İnter” (Andorra) – “Hibernian” (Şotlandiya)
19:00. “Ordabası” (Qazaxıstan) – “Legiya” (Polşa)
20:00. “Bodo Qlimt” (Norveç) – “Bohemians” (Çexiya)
20:00. “Qəbələ” (Azərbaycan) – “Omoniya” (Kipr)
21:00. APOEL (Nikosiya, Kipr) – “Voyvodina” (Serbiya)
21:00. “Auda” (Latviya) – “Spartak” (Trnava, Slovakiya)
21:00. ÇSKA (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya)
21:00. “Yurqorden” (İsveç) – “Lütsern” (İsveçrə)
21:00. “Ferentsvaroş” (Macarıstan) – “Şemrok Rovers” (İrlandiya)
21:00. “Qzira Yunayted” (Malta) – “Düdelanj” (Lüksemburq)
21:00. “Kalmar” (İsveç) – “Pünik” (Ermənistan)
21:00. “Keçkemet” (Macarıstan) – “Riqa” (Latviya)
21:00. “Viktoriya” (Plzen, Çexiya) – “Drita” (Kosovo)
21:00. “Torpedo” (Kutaisi, Gürcüstan) – “Aktobe” (Qazaxıstan)
21:30. “Bazel” (İsveçrə) – “Tobol” (Qazaxıstan)
21:30. ÇFR (Rumıniya) – “Adana Dəmirspor” (Türkiyə)
21:30. “Differdanj” (Lüksemburq) – “Maribor” (Sloveniya)
21:30. “Farul” (Rumıniya) – “Urartu” (Ermənistan)
21:30. “Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova)
21:30. PAOK (Yunanıstan) – “Beytar” (İsrail)
21:30. “Vorskla” (Ukrayna) – “Dila” (Gürcüstan)
22:00. “B36 Torshavn” (Farer adaları) – “Haverforduest Kaunti” (Uels)
22:00. “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya)
22:00. “Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya)
22:00. “Brügge” (Belçika) – “Orhus” (Danimarka)
22:00. “Dukagini” (Kosovo) – “Riyeka” (Xorvatiya)
22:00. “Gent” (Belçika) – “Jilina” (Slovakiya)
22:00. “Hapoel” (Beer-Şeva, İsrail) – “Panevejis” (Litva)
22:00. “Akureyri” (İslandiya) – “Dandolk” (İrlandiya)
22:00. “Osiyek” (Xorvatiya) – “Zalaegerseq” (Macarıstan)
22:00. “Tvente” (Niderland) – “Hammarbü” (İsveç)
22:00. “Torpedo BelAZ” (Belarus) – AEK (Larnaka, Kipr)
22:30. “Austriya” (Avstriya) – “Borats” (Bosniya və Herseqovina)
22:30. “Lex” (Polşa) – “Kauno” (Litva)
22:45. “Derri Siti” (İrlandiya) – “KuPS” (Finlandiya)
22:45. “Linfild” (Şimali İrlandiya) – “Poqon” (Polşa)
23:00. “Kruzeyders” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç)
23:00. “Şkupi” (Şimali Makedoniya) – “Levski” (Bolqarıstan)
23:00. “Sutyeska” (Monteneqro) – “Santa Koloma” (Andorra)
23:00. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Neftçi” (Azərbaycan)


