Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Gülnurə Əkbərzadə UEFA-dan təyinat alıblar.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, onlar 17 yaşadək qadın futbolçular arasında 2024-cü ildə Monteneqroda keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunun oyunlarını idarə edəcəklər.
11 mart
Belarus – Andorra
“Topoplica Stadion” stadionu. Saat 14:30
Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Milena Vidiç (Monteneqro)
Dördüncü hakim: Milisa Raduloviç (Monteneqro)
14 mart
Monteneqro – Andorra
“Mitar Mićo Goliš” stadionu. Saat 17:00
Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Laura Koskinen (Finlandiya)
Dördüncü hakim: İfeoma Kulmala (Finlandiya)
17 mart
Monteneqro – Belarus
“Gradski Stadion Podgorica” stadionu. Saat 17:00
Hakimlər: Pimenta Oliveyra Tereza Alis (Portuqaliya), Qraça Tavares (Portuqaliya), Gülnurə Əkbərzadə
Dördüncü hakim: Fəridə Lütfəliyevaa.


