Fərid Nəbiyev oynadı, “Viktoriya” 1 xalla kifayətləndi

Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 15-ci tur çərçivəsində doğma meydanda “Mas Taborsko” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Fərid Nəbiyev bu görüşə start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib.

“Viktoriya” 15 turdan sonra 10 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: