FIFA ilk dəfə açıqladı: Futzal millimiz 29-cu sırada!

Dünyanın ən ali futbol qurumu olan FIFA tarixində ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını açıqlayıb.

Arena.az təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi bu siyahının 29-cu pilləsində qərarlaşıb.

Yığma komandamıznın hesabında 1139,38 xal var.

FIFA reytinqinə Braziliya (1568,41 xal) millisi başçılıq edir. Portuqaliya (1527,61) yığması ikinci, İspaniya (1514,42) milli komandası isə üçüncü sırada qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: