Dünyaca məşhur maliyyə-iqtisad jurnal “Forbes” ənənəvi olaraq planetin ən bahalı 30 futbol klubunun siyahısını dərc edib.
Arena.az məlumat verir ki, siyahının zirvəsində dəyəri 6,6 milyard dollar məbləğində qiymətləndirilən İspaniya nəhəngi Madrid “Real”ı qərarlaşıb.
2-ci pillədə 6,55 milyard dollar məbləğində qiymətləndirilən “Mançester Yunayted” yer alıb.
İlk üçlüyü 5,6 milyard dollar məbləğində dəyərə sahib Kataloniya nəhəngi “Barselona” qapayır.
Maraqlıdır ki, 4-cü yerdə 5,37 milyard dollar məbləğində dəyərləndirilən “Liverpul” yer alıb. Mütəxəssislər Mersisayd klubunun ağıllı inkişaf strategiyasını vurğulayırlar ki, bu məqam “qırmızılar”ın müvafiq mövqedə yer almasını əsaslandırır.


