Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri “Barselona” tarixinin 50 ən yaxşı futbolçusundan ibarət reytinq siyahısını dərc edib.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “blauqrana”nın argentinalı keçmiş ulduzu, hazırda “İnter Mayami”də çıxış edən hücumçu Lionel Messi yer alıb.
2-ci pillədə futbolçu karyerasına bir müddət əvvəl xitam vermiş ispan yarımmüdafiəçi Andres İnyesta qərarlaşıb.
İlk üçlüyü isə ispan yarımmüdafiəçi, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan, ötən mövsümün sonunda “Barselona”nın baş məşqçisi vəzifəsindən istefaya göndərilmiş Xavi qapayır.
“FourFourTwo” nəşrinə istinadən, “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət onluğu təqdim edirik:
- Lionel Messi (Argentina);
- Andres İnyesta (İspaniya);
- Xavi (İspaniya);
- Yohan Kroyf (Niderland);
- Ronaldinyo (Braziliya);
- Dieqo Maradona (Argentina);
- Serxio Buskets (İspaniya);
- Ronaldo (Braziliya);
- Karles Puyol (İspaniya);
- Ronald Kuman (Niderland).


