Amerika Birləşmiş Ştatlarının İllinoys ştatında futbol meydanı qəfildən yerin dibinə çöküb və bunun ardınca 30 metrlik krater yaranıb.
Arena.az məlumat verir ki, hadisəyə səbəb stadionun altında yerləşən yerli mədənin çökməsi təxmin edilir.
Futbol meydanı dağılan zaman stadionda heç kim olmayıb. İnfrasruktura dəymiş yeganə ziyan kraterin içinə çökmüş ot örtüyü və işıqlandırma dirəyi olub.
Hadisə stadionun videomüşahidə sisteminin videokameraları vasitəsilə qeydə alınıb.
Xatırladaq ki, ABŞ 2026-cı il dünya çempionatına ev sahibliyi edəcək üç ölkədən biridir. Mötəbər yarışın oyunlarını Nyu-York, Hyuston, Dallas, Los-Anceles, Sietl və digər şəhərlərdə yerləşən stadionlar qəbul edəcəklər.
2026-cı il dünya çempionatına birləşmiş ştatlardan başqa, Kanada və Meksika da ev sahibliyi edəcəklər. Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək müddəti əhatə edəcək.
Vurğulanır ki, bu hadisədən sonra stadionların təhlükəsizlik vəziyyətinin baxışdan keçirilməsi ilə bağlı tədbirlər planının tərtib edilməsi istiqamətində əlaqədar qurumlar fəaliyyətə keçiblər.


