“Hypers” – “Şəfa” matçının təyinatları açıqlandı

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında “Hypers” və “Şəfa” komandaları arasında pley-off mərhələsinin cavab qarşılaşması keçiriləcək.

Arena.az xəbər verir ki, AFFA Region Liqası təmsilçisi “Hypers” İkinci Liqanı 13-cü pillədə bitirmiş “Şəfa”nı mübarizədən kənarlaşdırmağa çalışacaq.

“Bayıl Arena”da keçiriləcək görüşün start fiti saat 17:00-da səsləndiriləcək.

İlk görüşdə “Hypers” rəqibini 2:0 hesabı ilə məğlub edib. Vüqar Nadirovun baş məşqçisi olduğu kollektiv AFFA Region Liqasında ikinci yeri tutub. “Şəfa” isə İkinci Liqada 2023/2024 mövsümünü 18 xalla 13-cü pillədə bitirib.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən üstün olan tərəf 2024/2025 mövsümündə Azərbaycan İkinci Liqasında çıxış etmək hüququ qazanacaq.

İkinci Liqaya vəsiqə uğrunda pley-off görüşünün cavab oyununun təyinatları da açıqlanıb. Həmin təyinatları təqdim edirik:

II Liqaya vəsiqə uğrunda pley-off oyunu
5 iyun

“Hypers” – “Şəfa”
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR:Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 17:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: