İkinci Liqa: 11-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

11-ci turun görüşləri iki günü əhatə edəcək. Qarşılaşmalar dekabrın 1-də və 2-də keçiriləcək.

Qeyd edək ki, mövsümün geridə qalmış 8 turundan sonra 21 xal toplamış “Xankəndi” zirvədə, eyni xala malik “Qaradağ Lökbatan ikinci pillədə qərarlaşıb. “Quba” isə 17 xalla üçüncüdür.

İkinci Liqa
11-ci tur

1 dekabr

“Şəki” – “Quba”
“Rekord Arena”, 14:00.

“Qaradağ Lökbatan” – “Dinamo”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Ağstafa Gəncləri” – “Araz Saatlı”
Ağstafa şəhər stadionu, 14:30.

2 dekabr

“Xankəndi” – “Şirvan”
“Neftçi Arena” (4-cü meydança), 14:00.

“Şəmkir” – “Kür-Araz”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Ağdaş” – “Göygöl”
Ağdaş şəhər stadionu, 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: