İkinci Liqa: 15-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 15-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Üç günü əhatə edəcək tura martın 5-də start veriləcək. Turun qalan görüşləri ayın 6-da və 7-də keçiriləcək.

Xəbərdə bildirilir ki, Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda təmir işləri aparıldığı üçün “Şəmkir” klubu ev oyununu Gəncə şəhər stadionunun 4-cü meydançasında keçirəcək.

İkinci Liqa
15-ci tur
5 mart

“Kür-Araz” – “Şəfa”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

“Dinamo” – “Qusar”
Binə qəsəbə stadionu, 15:00.

6 mart

“Lerik” – “Hypers Quba”
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Saatlı-Araz” – “Ağdaş”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00

“Şimal” – “Şahdağ Qusar”
Siyəzən şəhər stadionu, 15:00.

7 mart

“Şəmkir” – “Göygöl”
Gəncə şəhər stadionu (4-cü meydança), 15:00.

“Füzuli” – “Şəki Siti”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: