İkinci Liqa: 2-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Növbəti tura sentyabrın 8-də start veriləcək. İlk oyun günündə dörd qarşılaşma baş tutacaq. Qalan üç oyun isə sentyabrın 9-na təsadüf edəcək.

İkinci Liqa
2-ci tur
8 sentyabr

“Lerik” – “Şəki Siti”
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Füzuli” – “Qusar”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Şimal” – “Ağdaş”
Siyəzən şəhər stadionu, 16:30.

“Şəmkir” – “Hypers Guba”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

9 sentyabr

“Dinamo” – “Şəfa”
“Neftçi Futbol Mərkəzi” (3-cü meydança), 15:00.

“Saatlı-Araz” – “Göygöl”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Kür-Araz” – “Şahdağ Qusar”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: