Futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 20-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
20-ci tura bu gün keçiriləcək iki oyunla start veriləcək. Turun qalan görüşləri ayın 9-da və 10-da keçiriləcək.
İkinci Liqa
20-ci tur
8 aprel
“Qusar” – “Şahdağ Qusar”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.
“Kür-Araz” – “Dinamo”
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Anar Bədəlov, Maqsud Şamıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.
9 aprel
“Füzuli” – “Şəki Siti”
Hakimlər: Əli Əliyev, Orxan İbişov, Sənan Atayev, Alik Yunusov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASK Arena”, 13:00.
“Kürmük Qax” – “Ağdaş”
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qax OİK stadionu, 16:00.
“Göygöl” – “Baku Sportinq”
Hakimlər: Kamal Umudlu, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamil Aydınov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Göygöl OİK stadionu, 16:00.
“Şəmkir” – “Lerik”
Hakimlər: Elvin Bayramov, Elman Kərimov, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şəmkir OİK stadionu, 16:30.
10 aprel
“Cəbrayıl” – “Şəfa”
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Mirnihad Seyidov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.


