İkinci Liqa: “Cəbrayıl” “Dinamo”nu 5 cavabsız qolla məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 19-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Dinamo” “Cəbrayıl”ı qəbul edib. Cəbrayılın eyniadlı təmsilçisi səfər matçında 5 cavabsız qola sevinib. Sözügedən komanda bu qələbə sayəsində xalını 40-a çatdırıb və 3-cü pilləyə yüksəlib.

İkinci Liqa
19-cu tur
1 aprel

“Baku Sportinq” – “Füzuli” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 15:30.

“Şəki Siti” – “Şəmkir” 1:0
Qol: Tural Məmmədzadə, 55.
Hakimlər: Mahmud Bağırzadə, Səbuhi Soltanov, Ruslan Quliyev, Maqsud Şamıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəki şəhər stadionu, 16:00.

“Ağdaş” – “Göygöl” 0:0
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Ağdaş şəhər stadionu, 16:30.

2 aprel

“Qusar” – “Kür-Araz” 2:1
Qollar: Orxan Qurbanlı, 13; 59-pen. – Cavid İmamverdiyev, 56-pen.
Hakimlər: Rövşən Rəcəbov, Zakir Şükürzadə, Rəhman Aslanov, Vüqar Həsənli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Şahdağ Qusar” – “Lerik” 2:1
Qollar: Tural Qurbatov, 46. Famil Camalov, 47 – Penci Ağazadə, 43.
Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, İrşad Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı OİK stadionu, 15:30.

“Şəfa” – “Kürmük Qax” 2:1
Qollar: Cavanşir Tahirov, 49. Loğman Əliyev, 90+4 – Revazi Otaraşvili, 52.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Asif Abdullayev, Xalid Quliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 15:30.

3 aprel

“Dinamo” – “Cəbrayıl” 0:5
Qollar: Tapdıq Əhmədov, 17. Ruslan Voronsov, 62. Elşad Əliyev, 73. Polad İbrahimov, 84. Məhərrəm Orucov, 89.
Hakimlər: Əkbər Əhmədov, Kərim Zeynalov, Orxan İbişov, Kamil Aydınov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 15:30.

Xəbəri sosial şəbəkələrdə paylaş: