Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 10-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Lerik” “Göygöl”lə, “Şəmkir” isə “Füzuli” ilə ev oyununda minimal hesabla məğlub olub. Üç qolun qeydə alındığı “Şəki Siti” – “Kürmük Qax” matçında da qonaqlar qələbə qazanıblar. Lider “Baku Sportinq” isə əsas izləyicisi “Cəbrayıl”la oyunda darmadağına sevinib.
İkinci Liqa
10-cu tur
6 noyabr
“Şahdağ Qusar” – “Dinamo” 9:0
Qollar: Tural Qurbatov, 3; 57; 77; 86. Salman Atluxanov, 4. Ruslan Ağalarov, 31; 60. Kamran Qürbətov, 38. Rahid Əmirquliyev, 63.
Hakimlər: İslam Məmmədov, Rəhman Aslanov, Mirnihad Seyidov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı OİK stadionu, 14:00.
“Şəfa” – “Qusar” 0:4
Qollar: Kazbek Qafarov, 38. Firudin Ağalarov, 65; 90. Orxan Qurbanlı, 76.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 14:30.
“Ağdaş” – “Kür-Araz” 0:2
Qollar: Cavid İmamverdiyev, 64. Ramazan Abbasov, 75.
Hakimlər: Rəvan Həmzəzadə, Elman Kərimov, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Ağdaş şəhər stadionu, 14:30.
7 noyabr
“Lerik” – “Göygöl” 0:1
Qol: Kamal Həsən-pur, 7.
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Asif Abdullayev, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Lənkəran OİK stadionu, 14:00.
“Şəmkir” – “Füzuli” 0:1
Qol: Təmraz Əmircanov, 55.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Şəmkir OİK stadionu, 14:00.
“Baku Sportinq” – “Cəbrayıl” 4:1
Qollar: Məhəmməd Xəlilov, 30; 50. Elməddin Hüseynzadə, 62. Qərib İbrahimov, 65 – Tapdıq Əhmədov, 59-pen.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Müslüm Əliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu, 14:30.
“Şəki Siti” – “Kürmük Qax” 1:2
Qollar: Osman Soltanov, 80-pen – Vüqar Məmmədli, 70. Qafar Qafarov, 77.
Hakimlər: Əkbər Əhmədov, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi:Zaur Hacı-Məhərrəmov.
Şəki şəhər stadionu, 14:30.


