İkinci Liqa: “Cəbrayıl” və “Baku Sportinq”dən növbəti qələbə

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

8 qolun qeydə alındığı “Cəbrayıl” – “Ağdaş” matçında meydan sahibləri qələbə qazanıblar. “Qusar” da “Dinamo”nu məğlub yola salıb.

Səfərdə “Kürmük Qax”la qarşılaşan lider “Baku Sportinq” 3 xalı tək qolla qazanıb.

Üç qolun vurulduğu “Göygöl” – “Şəki Siti” matçı da qonaqların qələbəsiylə yekunlaşıb.

İkinci Liqa
9-cu tur
30 oktyabr

“Füzuli” – “Lerik” 1:1
Qollar: Kənan Mirzəliyev, 14 – Balarza Qədirli, 88.
Hakimlər: Nicat İsmayıllı, Elman Kərimov, Gülnurə Əkbərzadə, Kamil Aydınov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“ASK Arena”, 13:00.

“Şəmkir” – “Şahdağ Qusar” 0:5
Qollar: Tural Qürbətov, 50; 67. Rubin Seyidov, 63. Fərman Qənbərov, 82. Mehdi Rəsulov, 85.
Hakimlər: Vüqar Həsənli, Səbuhi Soltanov, Oruc Həsənov, Vüqar Alıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Şəmkir OİK stadionu, 14:00.

“Kür-Araz” – “Şəfa” 5:1
Qollar: Ramazan Abbasov, 11; 54. Cavid İmamverdiyev, 17; 48. Rüfət Rəhimzadə.
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, İrşad Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Saatlı OİK stadionu, 14:00.

31 oktyabr

“Cəbrayıl” – “Ağdaş” 5:3
Qollar: Tapdıq Əhmədov, 17-pen; 31; 70. Nurlan Quliyev, 43. Baxşəli Baxşəliyev, 61 – Ramal Əhmədov, 56. Xəzər Məmmədov, 67. Nicat Baxşiyev, 90+2.
Hakimlər: Şamil İmanzadə, Aydın Baxşıyev, Anar Bədəlov, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Kürmük Qax” – “Baku Sportinq” 0:1
Qol: Elməddin Hüseynzadə, 46.
Hakimlər: Ruslan Quliyev, Asif Abdullayev, Ağadur Mahmudov, Emin Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qax OİK stadionu, 14:00.

“Qusar” – “Dinamo” 3:1
Qollar: Aslan Hüseynov, 27. Sərxan Ağayev, 41; 90 – İsa Cəbiyev, 35.
Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Sənan Atayev, Nazim Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Göygöl” – “Şəki Siti” 1:2
Qollar: Vüqar Əşrəfli, 38 – Ravil Yusifli, 33. Ceyhun Rəcəbli, 55.
Hakimlər: Rövşən Rəcəbov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Göygöl OİK stadionu, 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: