İkinci Liqa: İlk turda 3 darmadağın

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma baş tutub.

“Şəki Siti”nin qonağı olan “Şəmkir” səfərdə 3 cavabsız qolla qalib gəlib.

“Şahdağ Qusar” “Dinamo” ilə, “Şəfa” da “Qusar”la ev oyununda oxşar hesabla darmadağına imza atıb.

“Ağdaş” – “Kür-Araz” matçında isə komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

İkinci Liqa
1-ci tur

31 avqust

“Göygöl” – “Şimal” 2:3
Qollar: Zahid Sadıxov, 68; 89 – Pərviz Azadov, 52. Emin Əskərov, 63; 78.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Hypers Guba” – “Saatlı Araz” 3:2
Qollar: Cavid İmamverdiyev, 45-pen; 72. Ravil Yusifli, 49 – Cavid İmamverdiyev, 25-öz qapısına. Elariz Xəlilli, 39.
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Rasim Axundov, Emin Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Lerik” – “Füzuli” 1:0
Qol: Murad Əliyev, 84.
Hakimlər: Murad Səlimov, Zakir Şükürzadə, Mirnihad Seyidov, Nazim Abdullayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

2 sentyabr

“Şəki Siti” – “Şəmkir” 0:3
Qollar: Vidadi Cəfərov, 68; 82. Ümid Nağdalıyev, 85.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Orxan İbişov, Sənan Bayramzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şəki şəhər stadionu, 16:30.

“Şahdağ Qusar” – “Dinamo” 3:0
Qollar: Famil Camalov, 16; 45+2-pen. Mehdi Rəsulov, 38.
Hakimlər: Səbuhi Bayramov, Rasim Axundov, Aydın Bəxşiyev, Murad Səlimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:45.

“Şəfa” – “Qusar” 3:0
Qollar: İbrahim Aslanlı, 36. Aqşin Paşayev, 39. Elməddin Hüseynzadə, 79.
Hakimlər: İslam Məmmədov, Gülnurə Əkbərzadə, Elmin Süleymanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “ASK Arena”, 17:00.

“Ağdaş” – “Kür-Araz” 1:1
Qollar: Taryel Zeynalov, 2 – Elxan Məmmədov, 36.
Hakimlər: Vüqar Həsənli, Sənan Atayev, Rəhman Aslanov, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Ağdaş şəhər stadionu, 17:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: