İkinci Liqa: Qusar klublarından 9 və 4 cavabsız qolla qələbə

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 10-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Şahdağ Qusar” “Dinamo” ilə ev oyununda rəqib qapısından 9 cavabsız qol keçirib. “Şəfa”nın qonağı olan Qusarın eyniadlı təmsilçisi də bu tur 4 cavabsız qolla qalib gəlib. “Ağdaş”la qarşılaşan “Kür-Araz” isə inamlı qələbəyə sevinib.

10-cu turun qalan görüşləri sabah keçiriləcək.

İkinci Liqa
10-cu tur
6 noyabr

“Şahdağ Qusar” – “Dinamo” 9:0
Qollar: Tural Qurbatov, 3; 57; 77; 86. Salman Atluxanov, 4. Ruslan Ağalarov, 31; 60. Kamran Qürbətov, 38. Rahid Əmirquliyev, 63.
Hakimlər: İslam Məmmədov, Rəhman Aslanov, Mirnihad Seyidov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı OİK stadionu, 14:00.

“Şəfa” – “Qusar” 0:4
Qollar: Kazbek Qafarov, 38. Firudin Ağalarov, 65; 90. Orxan Qurbanlı, 76.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 14:30.

“Ağdaş” – “Kür-Araz” 0:2
Qollar: Cavid İmamverdiyev, 64. Ramazan Abbasov, 75.
Hakimlər: Rəvan Həmzəzadə, Elman Kərimov, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Ağdaş şəhər stadionu, 14:30.

7 noyabr

“Lerik” – “Göygöl”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Asif Abdullayev, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Lənkəran OİK stadionu, 14:00.

“Şəmkir” – “Füzuli”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Şəmkir OİK stadionu, 14:00.

“Baku Sportinq” – “Cəbrayıl”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Müslüm Əliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu, 14:30.

“Şəki Siti” – “Kürmük Qax”
Hakimlər: Əkbər Əhmədov, Rasim Axundov, Samir Qaracayev, Şamil İmanzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi:Zaur Hacı-Məhərrəmov.
Şəki şəhər stadionu, 14:30.

Xəbəri sosial şəbəkələrdə paylaş: